Daha bir şəhər “Taliban”ın nəzarəti altına keçdi

Əfqanıstanın Xost şəhəri "Taliban” hərəkatının nəzarəti altına keçib.
"Xost əyalətinin paytaxtı Xost şəhəri nəzarətimiz altına keçdi. Bir müddət əvvəl əyalətin qubernatoru, polis rəisi, kəşfiyyat xidməti və digər idarə orqanları tamamilə ələ keçirildi”, - paylaşımda deyilir.
Daha əvvəl "Taliban” Mahmudraki və Bamian şəhərlərinin nəzarətləri altına keçdiyini elan edib.
www.anews.az
"Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid tvitter səhifəsində bildirib.
Həmçinin qeyd olunur ki, hakimiyyət qüvvələri böyük itki verib, öz mövqelərini tərk edib, silah-sursatı atıb qaçıblar.
www.anews.az
























