Haitidə zəlzələ qurbanlarının sayı artıb

Haitidə zəlzələ qurbanlarının sayı artıb.
Bu barədə "Agency France Presse” xəbər verir.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 1 297 nəfərə çatıb.
5,7 min insan yaralanıb, onların 3,2 mini xəstəxanaya yerləşdirilib.
Haiti adasının qərbində zəlzələ baş verib. Yeraltı təkan Rixter şkalası ilə 7 balla qiymətləndirilib. Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib.
www.anews.az
























