Gürcüstanda eyni ərazidə 5-ci dəfə zəlzələ olub

Gürcüstanın Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ qeydə alınıb.
Bu barədə Gürcüstanın Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ 3,7 bal gücündə olub. Yeraltı təkanların dərinliyi 11 km təşkil edib.
www.anews.az
























