Əfqan təyyarəsi Özbəkistanda pambıq tarlasına endi - Video

Göyərtəsində 20-dən çox əfqan əsgərinin olduğu 2 hərbi helikopter Özbəkistan ərazisində eniş edib. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata əsasən, "Taliban” hərəkatından qaçan əfqan əsgərlərini daşıyan helikopterlər Özbəkistanın Surhandərya bölgəsində pambıq tarlasına enib.
Görüntülərdə özbək məsul şəxsin əfqan əsgərlərdən yaralı olub-olmadıqlarını soruşduğunu görmək mümkündür. Əfqan əsgərlər isə öz növbəsində pilot olduqlarını bildirib.
"Əfqanıstanda müharibə oldu. "Taliban” Kabili ələ keçirdi. Bizdə oradan qaçdıq. Başqa çarə yox idi. Burada eniş etməyə məcbur olduq”, - deyə əfqan hərbçi deyib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, "Taliban” hərəkatından qaçan 158 əfqan vətəndaşı Əfqanıstanla sərhəddəki Amudərya çayını üzərək Özbəkistana keçib.
www.anews.az
























