"Taliban" ümumi əfv elan etdi

"Taliban” hərəkatının nümayəndələri keçmiş hökumət rəsmilərinə amnistiya (cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsi) elan edib.
Bu barədə məlumat "Taliban” hərəkatının yaydığı bəyanatda yer alıb.
Bəyanata əsasən, "Taliban” hərəkatı əfvlə yanaşı hökumət rəsmilərini dövlət müəssisələrində işi bərpa etməyə çağırıb.
"Hər kəs üçün amnistiya elan edilib. Bu səbəbdən də, tam əminliklə gündəlik həyatınıza qayıtmalısınız”, - deyə bəyanatda qeyd olunub.
www.anews.az
























