Ermənistanda itkin düşənlərin ailələri MTN-nin binasına hücum çəkdi

rmənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ölkənin Milli Təhlükəsizlik Xidmətinin inzibati binasına daxil olublar.
Anews.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar MTX rəhbəri Armen Abazyanla görüş tələb ediblər.
Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları görüşü küçədə gözləməyi tələb etsə də, etirazçılar binanı tərk etməkdən imtina ediblər. Valideynlərdən biri 10 aydır övladından xəbərsiz olduğunu bildirib.
www.anews.az
























