Ermənistan XİN rəhbəri Lavrovla görüşə gedir

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olacaq.
Bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.
Görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatın icrası məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin açılması, eləcə də ikitərəfli münasibətlər müzakirə olunacaq.
Bu, Ermənistan XİN başçısının bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.
www.anews.az
























