• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa və Britaniya BMT-yə Kabildə təhlükəsizliklə bağlı qətnamə layihəsini təqdim edəcək

Fransa və Britaniya BMT-yə Kabildə təhlükəsizliklə bağlı qətnamə layihəsini təqdim edəcək
29.08.2021 13:00
Rəsmi Paris və London BMT Təhlükəsizlik Şurasının bazar ertəsi keçiriləcək növbədənkənar toplantısında Əfqanıstanın paytaxtı Kabildə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında təhlükəsizlik zonasının yaradılması haqqında qətnamə layihəsini təqdim edəcək.

"Report” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron "Le Journal du Dimanche” (JDD) qəzetinə bildirib.
"Bizim qətnamə layihəmiz Kabildə BMT-nin nəzarət etdiyi, humanitar əməliyyatları davam etdirməyə imkan verəcək təhlükəsizlik zonasının müəyyən olunmasını nəzərdə tutur", - dövlət başçısı qəzetə müsahibəsində deyib.

Makronun sözlərinə görə, bu, BMT-yə təcili tədbirlər üçün əsas verəcək və hər bir dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə, beynəlxalq ictimaiyyətin isə "Taliban” üzərində təzyiqləri davam etdirməsinə imkan yaradacaq: "Belə bir zonanın yaradılması Əfqanıstanı tərk etmək istəyən insanları qorumaq cəhdi olardı".
"Bizim etmək istədiyimiz Kabildəki hərbi hava limanından keçməyəcək məqsədli humanitar təxliyə əməliyyatları təşkil etməkdir. Söhbət təhdid altında olan əfqanları qorumaq və onları yaxın günlərdə və ya həftələrdə ölkəni tərk etməyə məcbur etməkdən gedir. Görək paytaxtın və ya qonşu ölkələrin mülki hava limanları bunu edə biləcəkmi?”, - Fransa rəhbəri deyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol