Ermənistanın XİN rəhbəri Rusiyaya səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzonyan 30-31 avqust Rusiya Federasiyasına səfər edəcək, bu barədə Ermənistanın XİN-in mətbuat xidməti məlumat yayıb.
Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra mətbuat konfransında iştirak edəcək. Səfər çərçivəsində KTMT baş katibi Stanislav Zas ilə də görüş planlaşdırılır.
www.anews.az
























