UNICEF Kabildə həlak olan uşaqların dəqiq sayını açıqladı

ABŞ Silahlı Qüvvələrinin Kabilə raket zərbələri endirməsi nəticəsində 7 uşaq həlak olub. "Qafqazinfo” TASS-a isitnadən xəbər verir ki, bu barədə UNICEF-in Kabildəki nümayəndəsi Qerve de Lis bildirib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri avqustun 29-u Kabil şəhərində içərisində partlayıcı qurğu olan avtomobilə dronla zərbələr endirib.
Bildirilir ki, "İŞİD” qruplaşmasının yaraqlıları bu avtomobil ilə terror aktı törətmək istəyib. Xarici KİV-in məlumatına görə, ABŞ-ın endirdiyi hücum nəticəsində iki nəqliyyat vasitəsi məhv edilib və bir ev qismən dağılıb.
www.anews.az
























