Bu ölkədə koronavirusun yeni ştammı aşkar olundu

Yeni Zellandiyada koronavirusun yeni ştammı aşkar olunub.
"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "The New Zealand Herald” yayıb. Bildirilir ki, ölkənin Səhiyyə Nazirliyi bu ilin iyun ayının sonlarında Yeni Zellandiyada koronavirusun yeni C. 1.2 ştamının aşkar olunması faktını təsdiqləyib.
Qeyd olunur ki, yüksək mutasiya səviyyəsinə malik yeni ştamm xaricdən ölkəyə gəlmiş bir kişidə aşkarlanıb.
Nəşrin məlumatına görə, C. 1.2 ştamına yoluxmuş şəxs dərhal təcrid edilib və bununla da virusun yayılmasının qarşısını almaq mümkün olub.
C. 1.2 adını almış bu yeni ştamm ilk dəfə Cənubi Afrikanın İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun mütəxəssisləri tərəfindən aşkar olunub. Alimlərin verdiyi məlumata görə, COVID-19-un yeni ştammı vaksinlərə qarşı güclü dayanıqlıq xüsusiyyətinə malikdir. Ən son araşdırmalara görə, C. 1.2 ştammı artıq Konqo, Çin, Yeni Zellandiya, Böyük Britaniya, Portuqaliya, İsveçrə və Mavrikidə qeydə alınıb.
www.anews.az