Əfqanıstanda humanitar fəlakətlə bağlı xəbərdarlıq edildi

"Yeni bir dönəmə qədəm qoyan Əfqanıstanda dərinləşən humanitar və iqtisadi böhranla əsas xidmətlərin tamamilə çökmə riski bizi narahat edir. Humanitar fəlakət qapıdadır”.
"Qafqazinfo” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quttereş ABŞ-ın Əfqanıstandan çəkilməsi və təxliyyələri tamamlaması ilə "Taliban”ın ölkədə idarəçiliyi ələ almasından sonrakı açıqlamasında deyib.
Əfqan uşaqların yarısından çoxunun gələn ilə qədər hədsiz az qidalanmaya məruz qalması gözlənilir. Xalq hər keçən gün əsas xidmətlərə əlçatanlığı itirir. Humanitar fəlakət qapıdadır”, - Baş katib qeyd edib.
O vurğulayıb ki, əfqan xalqının beynəlxalq ictimaiyyətin dəstəyinə hər zamankından daha çox ehtiyacı var:
Əfqanıstandakı bütün tərəfləri təhlükəsiz və maneəsiz humanitar girişə icazə verməyə çağırırıq. Gələn həftə Əfqanıstandakı təcili humanitar ehtiyacları açıqlayacağıq. Beynəlxalq ictimaiyyəti əfqan xalqına ən qaranlıq günlərində maddi dəstək olmağa səsləyirik”.
www.anews.az
























