Türkiyənin Çanaqqala vilayətinin Bayramiç rayonunda meşədə yanğın olub. "Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, yanğının səbəbi bilinmir. Hadisə yerinə cəlb olunan briqadalar yanğının söndürülməsi üçün çalışırlar. Əraziyə bir təyyarə, altı helikopter, iki buldozer və 29 suçiləyici cəlb olunub.www.anews.az