Britaniyada 48 nəfərdə koronavirusun yeni variantı aşkarlandı
01.09.2021 20:54
Böyük Britaniyada koronavirusun yeni "myu” ştammına 48 yoluxma faktı qeydə alınıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə "The Mirror” qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "myu” (Mu) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb. Alimlər bu mutasiyanın COVİD-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər.
Qeyd edək ki, "myu” ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb.