• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırlandı

Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırlandı
01.09.2021 23:28
"BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirak Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar.

Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə  beynəlxalq cinayət hüququ üzrə görkəmli vəkil "9 Bedford Row” vəkillər palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi nəzərindən qiymət verilir.

Hesabatda müharibə dövründə 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnmiş hücumlara hərbi və insanlıq əleyhinə cinayətlər kimi qiymət verilir.

100 səhifəlik hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır.

Hesabatda, həmçinin, Ermənistan silahlı qüvvələrinin işğal dövründə Füzuli rayonunda törədikləri əməllərə də hüquqi qiymət verilib və onlara qəsdən törədilmiş hərbi cinayət kvalifikasiyası verilir.

Hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol