Türkiyənin Hakkari şəhərində daha bir meşə yanğını baş verib.
Anews.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün işlərə başlanılıb.
Hakkarinin Şemdinli bölgəsində başlanan yanğın külək səbəbindən geniş əraziyə yayılıb. Yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb.
Tədbirlər davam etdirilir.