ÜST-dən koronavirusun yeni “mu” ştamının yayılması ilə bağlı ŞƏRH

"Koronavirusun yeni "mu” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır".
Bunu anews.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç bildirib.
"Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştama qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o bildirib.
"Dünyada "mu” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştama yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.
www.anews.az
























