• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın ən zəngin iş adamından "Tətil" çağırışı

Ukraynanın ən zəngin iş adamından "Tətil" çağırışı
20.05.2014 11:59
Ukraynanın ən zəngin iş adamı, ölkənin şərqindəki əksər sənaye müəssisələrinin sahibi olan Rinat Əhmədov öz müəssisələrində çalışan fəhlələri separatçılığa qarşı xəbərdarlıq tətili keçirməyə çağırıb.APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R. Əhmədov “Ukraina” telekanalının efirində təcili bəyanatla çıxış edib. R. Əhmədov insanların qorxu içində yaşamaqdan yorulduğunu vurğulayıb: “Bu gün Mariupol sakinləri sülh marşı keçirmək istəyib. Mənə dedilər ki, 50 min dən çox adam aksiyaya çıxmağa hazırlaşır. Təkcə Mariupol şəhərində bu qədər adam küçələrə çıxmaq niyyətindədir, bütün Donbassda isə belələrinin sayı milyonlarladır. Niyə? Çünki insanlar qorxu və terror şəraitində yaşamaqdan, küçəyə çıxanda gülləyə tuş gəlməkdən yorulub. İndi Donbassda avtomatlar və qumbaraatanlarla gəzirlər, şəhərlərdə quldurluq, soyğunçuluq hökm sürür. Məgər dinc həyat belə olur? Belə vəziyyətdə güclü iqtisadiyyat, layiqli iş və layiqli əməkhaqqı necə mümkün ola bilər? Mən hər kəsə söyləmək istəyirəm: Bizi qorxutmaq və dayandırmaq mümkün deyil! Heç kim, o cümlədən özünü hansısa Donetsk respublikası elan edənlər bunu bacarmayacaq. “Donetsk respublikası”nın liderlərini axı kim tanıyır? Onlar Donbass üçün nə ediblər? Heç nə. Onlar əslində Donbassa qarşı mübarizə aparır. Bu, Donbassa qarşı soyqırımdır”. R. Əhmədov bölgənin əmək kollektivlərini xəbərdarlıq tətilinə çağırıb: “Mən bütün əmək kollektivlərini öz iş yerlərində xəbərdarlıq aksiyasına səsləyirəm. Aksiya Donbassın bütün müəssisələrində günorta fit səsi ilə başlayacaq. Nə qədər ki, sülh əldə olunmayıb, hər gün saat 12.00-da bütün Donbassda bu cür fit səsi eşidiləcək”.    Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərində gərginliyin başladığı gündən bəri Rinat Əhmədov ilk dəfədir ki, separatçılığa qarşı konkret addımlar atır. Bölgənin ən güclü adamı olan məşhur iş adamının bu mövqeyi separatçılara qarşı sarsıdıcı zərbə kimi qiymətləndirilir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol