Yeni Zelandiyada silahlı şəxs insanlara hücum edib, ölən və yaralananlar var

Yeni Zelandiyada Oklend şəhərində silahlı şəxs mağazaya daxil olaraq, bir neçə nəfəri yaralayıb.
Bu barədə "New Zeland Herald” nəşri bildirib.
Nəşrin məlumatına görə, hücum zamanı azı dörd nəfər müxtəlif xəsarətlər alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Polis bildirib ki, hadisəni törədən şəs polis tərəfindən güllələnib.
Mağazanın yerləşdiyi ərazi və ona yaxın küçələr polis tərəfindən mühasirəyə alınıb.
www.anews.az
























