Qırğız Respublikasının 20 vətəndaşı Əfqanıstandan təxliyə edilib
03.09.2021 23:59
Qırğız Respublikasının 20 vətəndaşı Əfqanıstandan ölkələrinə qayıdıblar.
Bu barədə ölkənin ombudsmanı Tokon Mamıtov məlumat verib.
"Qırğız Respublikasının Kabildəki səfirliyinin Rusiya və Mərkəzi Asiya ölkələrinin səfirlikləri ilə qarşılıqlı fəaliyyəti nəticəsində bu məsələ həll edildi və Əfqanıstanda qalmış təxminən 20 vətəndaşımız ölkəyə qayıtdı”, - o deyib.