Ermənistanın Baş Qərargah rəisi Rusiyadadır

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyan Rusiyaya səfər edib.
Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, Artak Davtyanın başçılıq etdiyi nümayəndə heyəti "Beynəlxalq ordu oyunları – 2021”in mükafatlandırma və bağlanış mərasimində iştirak edəcək.
Mərasim bu gün Moskvada keçiriləcək.
www.anews.az
























