Məmurun qaçmasına kömək edən avropalı diplomat saxlanılıb

Serbiyada Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Mile Milenkovski saxlanılıb.
Anews.az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, diplomat avqustun 27-də "Preşevo” sərhəd-keçid məntəqəsində Serbiyadan Şimali Makedoniyaya keçməyə çalışarkən tutulub.
Şimali Makedoniyanın "Alsat-M” telekanalının məlumatına görə, Serbiya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.
Mile Milenovskinin saxlanmasına səbəb 2018-ci ildə onun başçılığı ilə Şimali Makedoniyanın üç diplomatının Ermənistanın keçmiş hakimiyyətinin adı açıqlanmayan, korrupsiyada və külli miqdarda mənimsəmədə ittiham olunan təmsilçisinin Ermənistandan qaçmasına kömək etməsi olub.
www.anews.az
























