Məhbuslar ən çox mühafizə olunan "Gilboa" həbsxanasından qaçdı - VİDEO

İsrailin ən çox mühafizə olunan "Gilboa" həbsxanasından 6 məhbus qaçıb,bu barədə İsrail mediasında məlumat verilib.
Terrorizmdə ittiham olunan şəxslərin saxlanıldığı Gilbao İsrailin ən çox mühafizə olunan həbsxanasıdır.
www.anews.az
Qazdıqları tunel vasitəsilə qaçmış məhbusların axtarışına İsrailin müdafiə ordusu cəlb edilib.
Hakimiyyət yerli sakinləri axtarışlarda kömək etməyə, HƏMAS və "İslami Cihad” təşkilatları isə fələstinliləri qaçaqları müdafiə etməyə çağırıblar.
www.anews.az
























