Türkiyənin 7 şəhərində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub

Türkiyənin 7 şəhərində leysan yağışları barədə sakinlərə xəbərdarlıq edilib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul, Çanakkale, Balıkesir, Bursa, Yalova, Kocaeli və Sakarya şəhərlərində güclü yağış yağması gözlənilir. Küləyin sürətinin artması və fırtınaya çevrilməsi barədə əhaliyə xəbərdarlıq olunub.
www.anews.az
























