Rusiyada avtomobillərə “texosmotr” ləğv edilir

Rusiyada bu ilin sonuna qədər icbari texniki baxışın ləğvi haqqında qanun qəbul oluna bilər. Bunu Rusiyanın Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak bəyan edib.
Siyasətçinin sözlərinə görə, yenidən işlənmiş qanun layihəsinin Dövlət Dumasında baxıldıqdan sonra yeni çağırışda qəbul ediləcəyi gözlənilir.
"Bu da ancaq avtomobil və yaxud motosikletin istehsal tarixindən dörd il ötməsi halında həyata keçirilməlidir”, - deyə Turçak bildirib.
www.anews.az
























