Bayden Luiziana ştatında fövqəladə vəziyyət elan edib

ABŞ Prezidenti Cozef Bayden "Nikolas” tropik qasırğasının yaxınlaşması səbəbindən Luiziana ştatında fövqəladə vəziyyətin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli rəhbər qurumlara federal yardım ayrılmasına göstəriş verib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Göstəriş ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə vəziyyətlər üzrə Federal İdarəsi tərəfindən Luiziana hakimiyyətinə maddi yardım göstərilməsini nəzərdə tutur.
www.anews.az
























