• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda çavuşun ölümü ilə bağlı bu şəxslər saxlanılıb

Ermənistanda çavuşun ölümü ilə bağlı bu şəxslər saxlanılıb
15.09.2021 08:31
Ermənistan ordusunun hərbçisi, 1978-ci il təvəllüdlü çavuş Mkrtiç Ovakimyanın ölümü ilə bağlı onun əsgər yoldaşı saxlanılıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Hadisə sentyabrın 13-də, saat 22 radələrində ölkənin cənub-şərqindəki hərbi hissədə baş verib. M.Ovakimyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. O, sonradan vəfat edib.

Hadisə təlim zamanı baş verib və daha bir hərbçi - İrəvan sakini, 36 yaşlı Leon S. yaralanıb.
Onların əsgər yoldaşı bir hərbçinin ölümcül yaralanması və başqasının xəsarət alması faktı üzrə saxlanılıb. Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə (döyüş növbəsi və ya döyüş xidmətinin icrası qaydaların pozulması) üzrə cinayət işi qaldırılıb. İbtidai istintaq davam edir.

Avqustun 25-dən etibarən Ermənistanda ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə üç aylıq hərbi təlim keçirilir. Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri döyüş mövqelərində davam etdiriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol