Gürcüstanın Baş naziri Saakaşvilini narkoman adlandırdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin ölkəyə gəlməyəcəyinə əmin olduğunu, onun bu cür açıqlamaları narkotik vasitələrin təsiri altında verdiyini deyib.
"Saakaşvilinin çağırışları narkomanın və qeyri-ciddi insanın sözləridir. Onun video-müraciətinə baxsaydınız, istənilən işə yeni başlayan polis belə Saakaşvilinin narkotikin təsiri altında olduğunu bilərdi”, - deyə Qaribaşvili söyləyib.
www.anews.az
























