• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?
17.09.2021 13:50
"Moskvada Azərbaycan və Ermənistan tərəfi arasında sülh danışıqları aparılır”.


Bu barədə məlumatı özəl mənbələrinə istinadən "Hraparak” qəzeti yazıb.


"Bizə dedilər ki, danışıqlar başa çatıb və erməni tərəfi nəticələrdən çox razıdır. Deyəsən, Qarabağın statusu barədə məsələyə toxunmadan, Sovet İttifaqı xəritələri çərçivəsində demarkasiya və delimitasiya prosesinin başlaması barədə razılığa gəlmək mümkün olub”, - deyə qəzet yazır.


Bununla yanaşı qeyd olunur ki, Zəngəzurdan keçən yola gəldikdə isə, "tərəflər Rusiya və erməni sərhədçiləri tərəfindən nəzarət olunacaq tranzit yol barədə də razılığa gəliblər. Bu yolda ermənilərin sərhəd postları qurulacaq və azərbaycanlılar bu yoldan istifadə etmək üçün pul ödəməli olacaqlar”.


Eyni zamanda bildirilir ki, Gorus-Qafan yolu ilə bağlı heç bir şeyə nail olmaq mümkün olmayıb: "Yalnız Rusiya tərəfinin maliyyələşdirməsi ilə kənar Tatev-Qafan yolunun tez bir zamanda inşası üçün Rusiya tərəfi ilə razılıq əldə olunub. Bu yol isə öz növbəsində İrandan gələn iri həcmli yük avtomobillərinin keçməsi üçün uyğun olacaq. Təbii ki, bu məlumat hələ ki gizli saxlanılır və məsələ ilə bağlı nə rəsmi təsdiq, nə də təkzib əldə etməmişik”, - deyə mənbə "Hraparak” qəzetinə bildirib. 


Xatırladaq ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti artıq bir neçə gündür ki, Moskvada səfərdədir. Rəsmi məlumata görə, nümayəndə heyəti Rusiyada keçirilən "Qərb-2021” strateji təlimlər çərçivəsində erməni hərbi birləşmələrinin təlimlərini izləmək üçün oradadır. 


Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi məlumat yaymayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol