İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olur

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbə şəhərində keçirilən zirvə görüşündə İranla əməkdaşlıq sənədi imzalanıb.
Anews.az TASS-a istinadən xəbər verir ki, bu sənəd İranın təşkilata tam üzvlüyə qəbulu üçün müvafiq işlərin başlamasını isbat edir. Bununla da ŞƏT üzv ölkələrinin sayı 9-a çatacaq.
2005-ci ildə ŞƏT-də müşahidəçi statusu əldə edən İran 2008-ci ildə tam üzvlüyə qəbul üçün ərizə versə də, 2015-ci ilədək BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilmiş sanksiyalara görə bu məsələ baş tutmayıb.
www.anews.az