Azərbaycanın bu ölkəyə ixracı artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 400,679 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 67,8% çoxdur.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə görə, hesabat dövründə ixracın həcmi 195,100 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. İdxal isə 205,579 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 3,7% çoxdur.
www.anews.az
























