• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya universitetində atışma 5 tələbə öldü, 14-ü yaralandı - VİDEO

Rusiya universitetində atışma 5 tələbə öldü, 14-ü yaralandı - VİDEO
20.09.2021 11:56
 Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.


 TASS xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.


Hücum nəticəsində 14 nəfər yaralanıb. "112" teleqram kanalının məlumatına görə, insidenti törədən şəxs 18 yaşlı Timur Bekmansurovdur. İlkin məlumata görə, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir. O bu yaxınlarda sosial şəbəkələrdə öz planı və silahı necə almasına dair paylaşım edib. Sözügedən paylaşım hazırda silinib. 
 ------------
Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.


Bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.


İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.


Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar. 


Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.


***


Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, insident zamanı 10-dan çox insan yaralanıb.


Bununla yanaşı, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, silahlı şəxs saxlanılıb.

<
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol