Liviya parlamenti hökumətə etimad göstərməyib

Liviya parlamenti sentyabrın 21-də Abdel Hamid Dbeyba hökumətinə etimad göstərməyib.
Bunu Liviya Nümayəndələr Palatasının sözçüsü Abdullah Blihak bildirib.
"Parlamentn sədri Akil Salehin və iki müavininin iştirak etdiyi qapalı iclasda 113 deputatdan 89-u Abdel Hamid Dbeybanın başçılıq etdiyi Milli Birlik Hökumətinə etmad göstərilməsinin əleyhinə səs verib”, - o deyib.
Liviya hökuməti martın 10-da etimad qazanıb. Dbeybanın başçılıq etdiyi hökumət 35 nazir və baş nazirin müavinindən ibarətdir. Hökumətin səlahiyyət müddəti 2021-ci il dekabrın 24-də başa çatır. Bu tarixdə Liviyada seçkilərin keçiriləcəyi gözlənilir. Parlamentin bu addımı hakimiyyətin işini blok və seçkilərə hazırlaşmağı mümkünsüz edir.
www.anews.az
























