Almaniyada maska xəbərdarlığı edən şəxs öldürüldü

Almaniyada bir nəfər yanacaqdoldurma məntəqəsinə maskasız daxil olduğuna görə ona xəbərdarlıq edən kassiri güllələyərək öldürüb.
NTV xəbər verir ki, Almaniyanın Reynland-Pfalts əyalətində yanacaqdoldurma məntəqəsinə maskasız daxil olan yaşlı kişi ona xəbərdarlıq edən 20 yaşlı kassiri güllələyərək öldürüb. Şübhəli daha sonra polisə təslim olub və həbs edilib.
www.anews.az
























