“Taliban” kişilərə qadağa qoydu

Əfqanıstanda hakimiyyətə gələn "Taliban” ölkədə yaşayan kişilərin saqqallarını qırxmalarını və bərbərxanalara baş çəkmələrini qadağan edib.
Bu barədə Əfqanıstanın "Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, göstərilən bölgədə həftənin sonunda qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur.
www.anews.az
























