Ərdoğanın S-400 açıqlamasına ABŞ-dan reaksiya gəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan ikinci S-400 hava hücumundan müdafiə sistemini ala biləcəklərinə işarə etməsi ABŞ-ın sərt reaksiya göstərməsinə səbəb olub.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Yen Psaki məlumat verib. Sözçü bu mövzunun iki ölkə arasındakı əlaqələrə zərər verə biləcəyini vurğulayıb. Psaki həmçinin bildirib ki, Rusiyadan yeni silahların alınması yeni sanksiyaların tətbiq olunmasına gətirib çıxaracaq. (Yeniavaz.com)
www.anews.az
























