İsveçdə partlayış nəticəsində 23-dən çox insan yaralanıb

İsveçin Höteburq şəhərində yaşayış binasındakı partlayış nəticəsində 23-dən çox insan yaralanıb.
Məlumatı "RİA Novosti” yayıb.
100-ə yaxın sakin təxliyə edilib. Hadisə yerində polis və xilasedici xidmət işləyir.
Partlayış nəticəsində 5 nəfərin ağır yaralandığı vurğulanıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib,18 yaralı isə hospitala avtobusla göndərilib.
Məlumata görə, partlayışdan sonra yanğın olub. Yağından vahimələnən sakinlər pəncərədən tullanıb.
www.anews.az
























