• $
  • €
  • ₽
  • ₺
  • £

800 erməni hərbçiyə qarşı ittiham irəli sürülüb - CİNAYƏT İŞİ

800 erməni hərbçiyə qarşı ittiham irəli sürülüb - CİNAYƏT İŞİ
28.09.2021 15:14
Ermənistan Baş Prokurorluğu, Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi 2020-ci il İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan ordusunun məğlub olması ilə bağlı iki mindən çox cinayət işini araşdırır.

"Sputnik-Armeniya" bildirir ki, çağırış və hərbi hissələrin formalaşdırılması zamanı pozuntular, fərarilik, Dağlıq Qarabağdan Ermənistana qanunsuz silah-sursatın daşınması, çağırışdan yayınma, əmrlərin yerinə yetirilməməsi və digər hallar araşdırılır.

Həmçinin Lələ-Təpə yüksəkliyi, Cəbrayıl və Hadrut şəhərləri, Tağavard, Sqnah, Daşaltı və Şuşa şəhərlərində gedən hərbi əməliyyatlar zamanı bölmələrin idarə edilməsinin epizodları da araşdırılır.

Bundan əlavə, hərbi qulluqçuların, itkin və ya əsir düşənlərin qohumlarından pul tələb edilməsi, eləcə də Qarabağın guya 5 milyard dollara satılması barədə epizodlar araşdırılır.

Təkcə Qarabağın cənubunda (Cəbrayıl) və Şuşa yaxınlığında Qarabağ separatçılarının liderləri də daxil olmaqla, erməni qüvvələrinin darmadağın edilməsi işi üzrə 150 nəfər keçir. Əldə edilmiş sübutlar əsasında 800-dən çox adamın məsuliyyətə cəlb edilməsi qərara alınıb. (turan.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol