Bu ölkədə fövqəladə vəziyyət ləğv olunur

Yaponiyada koronavirusa qarşı fövqəladə vəziyyət və fəal mübarizə tədbirləri rejiminin oktyabr ayının 1-dən qüvvədən düşməsi təsdiqlənib.
Bunu baş nazir Yoşihide Suqa koronavirusa qarşı mübarizə tədbirlərinə dair hökumətin nəzdindəki qərargahın iclasında bildirib.
"Ölkədə yeni yoluxma hallarının sayı azalır, səhiyyə sistemi üzərindəki yük yüngülləşir. Bununla bağlı fövqəladə vəziyyət və fəal mübarizə tədbirləri rejimərinin qüvvədən düşəcəyi 30 sentyabr tarixindən sonra ləğv etmək qərara alınıb” – deyə hökumət başçısı qeyd edib.
Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayı avqust ayındakı 25 mindən 1128 nəfərədək azalıb.
www.anews.az
























