Sarkozi azadlıqdan məhrum edilib

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi Paris İslah Məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə məlumatı "BFMTV” telekanalı yayıb.
Məlumata əsasən, məhkəmə Sarkozini 2012-ci ildə seçkiqabağı kampaniyasını qeyri-qanuni maliyyələşdirmədə təqsirli bilib və onu 1 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını elektron qolbaq taxaraq evdə oturmaqla çəkəcək.
www.anews.az
























