Hindistanda sərnişin avtobusu çaya aşıb

Hindistanın Meqhalaya ştatında sərnişin avtobusu çaya aşıb.
"NDTV" telekanalının məlumatına görə, Tura - Şillonq avtomobil yolunda baş verən hadisə zamanı 6 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Məlumata əsasən, avtobusun sürücüsü yolun çətin hissəsində idarəetməni itirib və maşın uçurumdan Rinqdi çayına düşüb. Hadisə yerinə xilasedicilər və təcili xidmətlər cəlb edilib, xəsarət alanlara tibbi yardım göstərilib.
www.anews.az
























