Çex Respublikasının XİN başçısı İrəvana gedəcək

Çex Respublikasının xarici işlər naziri Yakub Kulqanek sentyabrın 30-da Ermənistana işgüzar səfər edəcək.
Məlumatı "Aysor” xəbər portalı yayıb.
Bildirilib ki, o, oktyabrın 1-də İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək. Ermənistan Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan və Baş nazirin müavini Mqer Qriqoryanın Yakub Kulqaneki qəbul edəcəyi gözlənilir.
Ləman Qasımova
www.anews.az
























