Ermənistanın keçmiş müdafiə naziri həbs edildi

Məhkəmə Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın həbsi ilə bağlı qərar qəbul edib.
"Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb. Keçmiş nazir 2 ay müddətinə həbs olunub.
Tonoyanın vəkili Sergey Ovannisyan bildirib ki, Tonoyan özünü təqsirli bilmir və apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, daha əvvəl Tonoyanla yanaşı, silah alverçisi David Qalstyan da saxlanılıb.
www.anews.az
























