Zurabişvilidən Saakaşvilinin Batumidə olması xəbərinə reaksiya

Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin Batumidə olması ilə bağlı bəyanatlarının seçkiqabağı vəziyyəti gərginləşdirdiyini hesab edir və siyasətçiləri küçə çıxışlarından çəkinməyə çağırıb.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, Zurabişvili video-müraciətində deyib:
Zurabişvili məsələyə lağ edərək yanaşmaq əvəzinə ictimaiyyətə həqiqəti deməli və asayişi qorumalı olan səlahiyyətliləri də tənqid edib:
"Ölkəyə və onun gələcəyinə biganə qalmayan heç kəs odla oynamamalıdır. Düşünmürəm ki, bu zaman yenidən qayıdacaq. Hamını məsuliyyətli olmağa çağırıram. Ölkənin sabitliyi – ümumi marağımızdır”.
www.anews.az
























