İran 150 min doza vaksin idxal etdi

Yunanıstandan İrana 150 min doza "Astra Zeneca” peyvəndi idxal edilib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Baş gömrük idarəsinin rəhbəri Mehirdad Cəmali açıqlama yayıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, İranda 53 milyon nəfərə peyvənd vurulub və proses davam edir.
Xəstəxanalarda müalicə alan 5 min 802 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 75 min 482 nəfər sağalaraq evə buraxılıb.
www.anews.az
























