Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə aksiya keçiriləcək

Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya təyin olunub. Bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya məlumat yayıb.
Aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında "Mişaya azadlıq!” şüarı ilə keçiriləcək.
Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı "Gürcüstan naminə” hərəkatın fəallarıdır.
www.anews.az
























