Pakistanda avtobus qəzaya uğradı

Pakistanın Pəncab vilayətində sərnişin avtobusunun estakadadan aşması nəticəsində 7 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.
Bu barədə TASS agentliyi yerli polisə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisəyə səbəb avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub. Beş nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada keçinib.
www.anews.az
























