• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin həbsi qanunsuzdur - Həyat yoldaşından AÇIQLAMA

Saakaşvilinin həbsi qanunsuzdur - Həyat yoldaşından AÇIQLAMA
05.10.2021 11:16
Saakaşvilinin həbsi qanunsuzdur

Bunu Ali Radanın deputatı, Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko bildirib.

"Mixeil Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyirəm. Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və qiymətləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik. Onun həbsi hazırki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixeilin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm" - deyə Mixeil Saakaşvili ilə münasibətlərindən bəhs edən Y.Yasko deyib.

Onun sözlərinə görə, Ukrayna bu məsələyə müdaxilə etməli və vətəndaşını qorumalıdır:
 
"Prezident Volodimir Zelenski bu barədə mövqeyini bildirib. Ümid edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi və Tiflisdə səfirlik də Mixeilə lazımi kömək və müdafiəni təmin etmək üçün zəruri olan hər şeyi edəcək",- deputat əlavə edib.

M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

Bu hadisədən sonra Ukrayna Ali Radasının "Xalqın xidmətçisi” Partiyasından olan deputatı sosial şəbəkələrdə Mixeil Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciətdə Gürcüstanın üçüncü prezidentinin ikinci dəfə evləndiyi məlum olub. (report.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol