Son 70 ildə 216 min uşaq cinsi istismara məruz qalıb

Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb.
Bu barədə kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatında bildirilib.
1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb.
2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.
www.anews.az
























