Saakaşvilinin Tbilisidə saxlanılması görüntüləri yayılıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Tbilisidə qaldığı mənzildə saxlanılması ilə bağlı internetdə qısa video yayılıb.
Videoyazını "PalitraNews” telekanalı yayıb.
Kadrlarda M.Saakaşvilinin qandallandığı əks olunub. Videodan göründüyü kimi, siyasətçiyə qarşı hər hansı bir zor tətbiq edilməyib.
Sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb.
www.anews.az
























